Bəşər Əsədin talan edilmiş sarayının görüntüləri yayıldı

Suriya Prezidenti Bəşər Əsədin Dəməşqdə talan edilmiş sarayından görüntülər yayılıb.

Viral.az xəbər verir ki, talandan əvvəl sarayda yanğın da törədilib.

Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri – Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.

Son Yazılar: