Baqrat Moskva ilə yeni, dərin dialoqa başlamağa çağırdı

Ermənistanla Rusiya arasında münasibətlərdə böhran var, ölkələrə mövcud razılaşmalar əsasında yeni və dərin dialoq lazımdır.

Viral.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın “Vətən adına Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan xarici media ilə keçirdiyi mətbuat konfransında deyib.

“Bu gün Ermənistan Respublikasının Rusiya Federasiyası ilə müqavilə-hüquqi əlaqələri var, baxmayaraq ki, bu gün bu münasibətlər, yumşaq desək, yaxşı vəziyyətdə deyil, tam və ya xeyli dərəcədə zədələnib. Ona görə də bizim Rusiya tərəfinə çoxlu suallarımız olsa da, bütün bu münasibətləri müvafiq müqavilə razılaşmaları səviyyəsinə çatdırmaq və normal məcraya salmaq lazımdır. Bizim münasibətlərimiz son dərəcə dərin dialoq və qarşılıqlı anlaşma tələb edir. Bu mərhələdə biz bu əlaqələrin yoxluğundayıq.  Problemlər çoxdur, lakin biz bütün bu məsələləri qarşılıqlı anlaşma və dialoq səviyyəsində həll etməyə hazır olmalıyıq”, – deyə arxiyepiskop bildirib.

Son Yazılar:

(redaktor.az)