Suriya müxalifətinin lideri Əbu Muhəmməd Əl-Culani (əsl adı: Əhməd Hüseyn əl-Şaraa) 1982-ci ildə Ər-Riyad şəhərində doğulub və 7 yaşına qədər orada yaşayıb. 2003-cü ildə İraqda “Əl-Qaidə”yə qoşulub.
Viral.az teleqraf.com-a istinadla xəbər verir ki, 2006-cı ildə ABŞ-ın silahlı qüvvələri Əl-Culanini həbs edib. Gələcək lider 2011-ci ilə qədər ABŞ zindanında qalıb. 2012-ci ildə azadlığa çıxandan sonra “Əl-Qaidə”nin Suriya bölməsi olan “Cəbhət ən-Nüsra”nı yaradıb. İŞİD-in gələcək lideri, 2019-cu ildə qətlə yetirilən Əbu Bəkr əl-Bağdadi ilə əməkdaşlıq edib.
“Cəbhət ən-Nüsra” qısa müddətdə Bəşər Əsədin nəzarət etmədiyi əraziləri, o cümlədən, İdlib şəhərini ələ keçirməyi bacarıb. Həmin dövrdə Əl-Culani tez-tez bəyan edirdi ki, Suriyada xristianlara və ələvilərə (şiələrə) yer olmayacaq.
Son Yazılar:
- Mehriban Əliyeva Ümummilli Liderlə bağlı PAYLAŞIM ETDİ
- Ümummilli Lider Heydər Əliyevin ANIM GÜNÜDÜR
- “Nüvə beşliyi” dövlətlərinin görüşü KEÇİRİLDİ
2016-cı ildə Əl-Culani “Əl-Qaidə” ilə əlaqələrini qırır, onun ideologiyasından imtina edir və özünə sadiq insanlarla “Cəbhət Fəth əş-Şam” təşkilatını qurur.
2017-cil ildə İdlibdə “Həyat Təhrir əş-Şam” adlanan daha bir qruplaşma yaradır. Qrupun əsas məqsədi iranpərəst qüvvələri ölkədən qovmaq və Bəşər Əsədi devirmək idi.
2021-ci ildə qrupun imicini yaxşılaşdırmaq üçün Əl-Culani bəyan edir ki, məqsədi yeni “İslam Dövləti” yaratmaq deyil, sadəcə, Suriyanı azad etməkdir.
Qeyd edəkk ki, Əl-Culanı özünü radikal islamçı hesab etmir. Qadınların hicab örtməməsinə, kişilərin siqaret çəkməsinə icazə verir.