Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Viral.az xəbər verir ki, bu barədə Azərbaycan MN-dən bildirilib.
Başsağlığında deyilir: “9 dekabr tarixində, İsparta vilayətində təlim uçuşu zamanı UH-1 tipli helikopterin qəzaya uğraması nəticəsində altı hərbi qulluqçunun şəhid olması barədə xəbər məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Son Yazılar:
- “Beş-altı ay idi evlənmişdilər” – Yasamaldakı qətlin detalları
- Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada ÖLDÜ
- “Brent” neftin qiyməti ARTDI
Baş vermiş qəzada şəhid olmuş qəhrəman türk hərbçilərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin”.