Rusiyanın 10 regionunda bu ilin may ayında şaxta ilə əlaqədar yaranmış vəziyyət federal səviyyədə fövqəladə vəziyyət kimi təsnif edilir.
Viral.az “gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlik bildirib ki, söhbət qondarma “Luqansk Xalq Respublikası”, Belqorod, Voronej, Volqoqrad, Kursk, Lipetsk, Penza, Rostov, Saratov və Tambov vilayətlərindən gedir.
Son Yazılar:
- Xalq artistinin evini almaq üçün növbə yarandı
- Daha bir azərbaycanlı müharibədə həlak oldu
- “Formula 1″də komandaların sayı ARTACAQ
Departament əlavə edib ki, genişmiqyaslı daşqınla əlaqədar Yakutiyada da federal səviyyəli cavab tədbirləri tətbiq edilib.
İyunun 3-də Mülki Müdafiə və Fövqəladə Hallar üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutu havaların istiləşməsi və dağlarda qarın əriməsi səbəbindən Yakutiyada ikinci daşqın dalğasının gözlənildiyini bildirib.
(redaktor.az)