İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre ilə görüşüb.
Bu barədə Viral.az-a Nazirlər Kabinetindən bildirilib.
Son Yazılar:
- Uşaq bağçasında işçinin meyiti TAPILDI
- Mikroavtobus hərbi xidmətdən yeni qayıdan gənci VURDU
- Qarabağ bölgəsində 150 min yeni iş yeri AÇILACAQ
Görüşdə TÜRKPA-nın Bakıda keçirilən 13-cü plenar iclasının əhəmiyyəti vurğulanıb.
Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsində Türk Dövlətləri Təşkilatının rolu xüsusi qeyd edilib.
Görüşdə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub