Kolumbiya Prezidenti Qustavo Petro bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşüb.
Viral.az xəbər verir ki, görüşdə Azərbaycanın Kolumbiyadakı səfirliyinin nümayəndəsi Namik Ramazanov COP29-da iştirakla bağlı Prezident Qustavo Petroya ünvanlanmış dəvət məktubunun əslinin bir neçə gün öncə səfirimiz tərəfindən Prezidentin İnzibati Departamentinin müdirinə təqdim edildiyini bildirib.
Son Yazılar:
- Zaur Mikayılova yeni müavinlər təyin olundu
- Millət vəkili vəfat etdi – FOTO
- Taksi sürücüsü qonağı hava limanından 139 manata gətirdi: DİN işə qarışdı
Dövlət başçısı dəvətə görə minnətdarlığını ifadə edib, COP29-da iştirak məqsədilə Bakıda olacaqlarını vurğulayıb.
Azərbaycanlı diplomat Kolumbiya Prezidentini ölkəmizdə görməkdən çox məmnun olacağımızı qeyd edib.