DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib.
İdarədən Viral.az-a verilən məlumata görə, müraciətdə deyilir:
“Qanunvericiliyə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır.
Son Yazılar:
- Körpü uçdu, qəsəbə ilə əlaqə kəsildi
- ABŞ-də universitetdə baş verən atışma nəticəsində 5 nəfər öldü, 4 nəfər yaralandı
- Seldə ölənlərdən biri sabiq deputatın bacısı oğludur
Son günlər müşahidə olunan yağmurlu hava şəraiti ilə əlaqədar avtomobillərin dövlət qeydiyyat nişanlarının təmizliyinə daha çox diqqət ayırmalıdır. Təəssüf ki, bəzən yağmurlu hava şəraitindən sui-istifadə edərək avtomobilinin dövlət qeydiyyat nişanlarının təmizliyinə əhəmiyyət verməyən, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirən sürücülərə rast gəlinir ki, bu da xoşagəlməz nəticələrə səbəb olur.
Dəyərli sürücülər! Unutmayaq ki, idarə etdiyimiz nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamaqla həm üzərimizə düşən vəzifəni yerinə yetirir, həm də ölkəmizdə sürücü intizamının yüksəlməsinə töhfə vermiş oluruq”.