Xankəndidə Ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilir

Xankəndi şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.

Viral.az xəbər verir ki, iclasa sədrliyi ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov edir.

İclasda Xankəndi şəhərində həyata keçirilən infrastruktur layihələrin ekoloji qiymətləndirilməsi və layihələrin icrası zamanı tikinti altına düşən yaşıllıqların mühafizəsi tədbirləri müzakirə olunur.

Son Yazılar: