İsrail ordusu, Livanla əldə edilən atəşkəs razılaşmasını 14-cü günündə 11 dəfə pozub. Bununla da İsrailin ümumi atəşkəs pozuntularının sayı 194-ə çatıb.
Viral.az xəbər verir ki, Livanın rəsmi NNA xəbər agentliyinin məlumatına görə, İsrailin pozuntuları əsasən Livanın cənubunda Nəbatiyə şəhərinə bağlı Bint Cübeyl və Mercayun bölgələrində, Sur şəhərində, şimalda isə Akkar vilayətinin Keservan bölgəsində cəmləşib.
İsrail ordusu atəşkəsi döyüş təyyarələri, pilotsuz uçuş aparatları (PUA), artilleriya atəşləri, avtomat silahlarla hücumlar, binaları hədəfə alma və PUA-larla alçaq uçuş həyata keçirməklə pozub.
Son Yazılar:
- Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayında əsaslı artım var
- Blinkenin Azərbaycanla bağlı qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik
- Bakıda qəza oldu, işıqfor yararsız hala DÜŞDÜ
Atəşkəsin qüvvəyə minməsinin 14-cü günündə baş verən bu 11 pozuntu ilə İsrailin ümumi pozuntu sayı 194-ə yüksəlib.
Kənan Yusif