Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqlarının aparılması üçün şərtlərini açıqlayıb.
Viral.az “lenta.ru”ya istinadən, o, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar iclasında müvafiq bəyanatla çıxış edib.
“Biz Rusiya Federasiyasının maraqlarına cavab verən və mümkün qədər etibarlı olan razılaşmalara nail olmalıyıq”, – dövlət başçısı bildirib.
Son Yazılar:
- Ağalarovun Əminə ilə yeni görüntüsü – VİDEO
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
O qeyd edib ki, Ukrayna ilə bağlı danışıqlara başlamaq üçün yeni ərazi reallıqlarının tanınması zəruridir.
Həmçinin Qərb ölkələrinin istehsal etdiyi silahların Kiyevə davamlı tədarükü Ukrayna böhranını yalnız uzadır.
Mayın sonunda Qərb mediası Vladimir Zelenskinin ABŞ-ın Rusiya ilə sülh danışıqlarına başlamaq planlarından qorxduğunu yazıb. Jurnalistlər qeyd edirlər ki, son vaxtlar Ukrayna lideri rus əsgərlərinin uğurları fonunda daha emosional və əsəbi olub.
(redaktor.az)