Bayden oğlundan sonra onları da əfv ETDİ

ABŞ Prezidenti Co Bayden daha 39 nəfəri əfv edib.

Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, COVID-19 pandemiyası zamanı həbsdən çıxan və ev dustaqlığına buraxılan təxminən 1500 nəfərin cəzası azaldılıb, qeyri-zorakı cinayətlərə görə məhkum edilmiş 39 ABŞ vətəndaşı isə əfv edilib.

Qeyd edək ki, bundan əvvəl Bayden vergidən yayınma ilə bağlı ittiham olunan oğlu Hanteri əfv etmiş, onun bu addımı birmənalı qarşılanmamışdır. Belə ki, ölkənin yeni seçilmiş Prezidenti Donald Tramp da bu məsələyə mənfi reaksiya bildirmişdi.

Son Yazılar: