Türkiyə qarşıdakı dövrdə də Suriyanın yanında olacaq

Türkiyə qarşıdakı dövrdə də Suriyanın yanında olacaq.

Viral.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə son 13 ildə olduğu kimi, bundan sonra da Suriya xalqını dəstəkləyəcək: “Suriya bizim qonşumuzdur, Suriya xalqı bizim qardaşımızdır”.

Son Yazılar:

F.Altun söyləyib ki, son 13 ildə Suriyada müasir tarixdə və bəşəriyyət tarixində barmaqla sayıla biləcək dəhşətlər olub: “Bir milyona yaxın insan həyatını itirdi, 12 milyon insan ölkəsindən didərgin salındı. Suriyalı qaçqınların sayı 4 milyonu keçdi. İndi isə onların sayı təxminən 2, 9 milyondur. Hüzur, sabitlik təmin olunanda, əlbəttə, bu insanlar geri qayıdacaqlar, qayıtmağı arzulayacaqlar”.

Türkiyə PA rəsmisi, həmçinin qeyd edib ki, baş verənlər böyük və güclü Türkiyənin dünya siyasətinə necə təsir göstərdiyini, sadəcə Yaxın Şərq, Balkanlar, Qafqaz və Qara dəniz deyil, həm də Afrika geosiyasətinə təsir edən vacib bir qlobal oyunçu olduğunu göstərir.