ABŞ-nin Massaçusets ştatında ABŞ-nin yaranmasından əvvəl tikilmiş ev satışa çıxarılıb.
Viral.az “lenta.ru”ya istinadən xəbər verir ki, ev 800 min dollar dəyərində qiymətləndirilir. Ev Plimpton şəhərində ingilis kolonisti Stiven Brayant tərəfindən tikilib. Tikinti 1669-cu ilə aiddir. ABŞ-nin ən qədim binası olan evin 387 yaşı var. Dövlətin rəsmi tarixi 1783-cü ildən başlayır.
Torpaq sahəsi 80 hektardır və evin sahəsi 230 kvadratmetrdən çoxdur. Bina o vaxtkı ümumi taxta çərçivə texnologiyasından istifadə edilməklə tikilmişdir. 1703-cü ildə beş mərtəbəyə qaldırılıb və çardaq əlavə edilib. Evdə üç yataq otağı və iki vanna otağı var. Evdə orijinal elementlərlə yanaşı, müasir şərait də var – paltaryuyan, quruducu, generator, qızdırıcılar, yağ çəni və yeni elektriklər. Həyətində ayrıca qaraj və toyuq hini var.
Son Yazılar:
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir: Bakıya GƏTİRİLDİ
- Ata öldü, qızı və nəvələri YARALANDI
- Azərbaycanlı müğənni toy günü 6 saat liftdə qaldı
(redaktor.az)