COP29 indiyədək keçirilmiş COP-lar arasında ən uğurlulardan biri olacaq

“BMT-nin İqlim Dəyişikliyi COP29-a hazırlığın ən önəmli mərhələlərindən biridir. Azərbaycan burada nümayəndə heyəti ilə tam tərkibdə iştirak edir. Hər il iyun ayında keçirilən Bonn sessiyası bu il rekord sayda iştirakçı sayı ilə yadda qalır. Bu da öz növbəsində COP29-a marağın böyük olacağını göstərir”.

 

Viral.az xəbər verir ki, bu fikirləri COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib. Qeyd edilib ki, sessiyada artıq Bakıda qəbul olunacaq sənədlərin ilkin layihələri ətrafında danışıqlar prosesi başlayıb. Həm Azərbaycan, həm də digər dövlətlər tərəfindən paralel iclaslar keçirilir, eyni zamanda plenar zalda gündəlikdən irəli gələn mövzularla bağlı böyük tədbirlər baş tutur.

Son Yazılar:

 

Nazir müavini diqqətə çatdırıb ki, ümumilikdə beynəlxalq iqlim ictimaiyyəti arasında Azərbaycanın COP29-a ev sahibliyinə böyük gözləntilər var. Hamı Bakıdakı COP29-un indiyədək keçirilmiş COP-lar arasında ən uğurlularından biri olacağını düşünür və bu istiqamətdə də kifayət qədər əsaslı səbəblər mövcuddur. Çünki Bakıda iqlim maliyyəsi müzakirəyə çıxarılacaq, bununla bağlı dövlətlərin ən böyük gözləntisi 2009-cu ildə Kopenhagendə qəbul olunmuş Böyük Maliyyə Hədəfinin 15 ildən sonra yeni rəqəmlər əsasında müəyyənləşdirilməsidir.

 

Bu istiqamətdə də Azərbaycan digər dövlətlər və tərəfdaşlarla danışıqlar aparır, Bonn konfransı bu baxımdan Azərbaycan üçün mühüm bir hadisədir.