Bu gün “Digah-Bilgəh” orta təzyiqli qaz kəmərində aşkar olunmuş yeraltı qaz sızmasının aradan qaldırılması məqsədi ilə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Viral.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Həmçinin Şəki rayonu ərazisində M.Ə.Rəsulzadə prospektində yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə qoşulması məqsədi ilə bu gün saat 09:30-dan etibarən işlər başa çatanadək “Şəki” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Son Yazılar:
- Daha bir erməninin İrəvana girişinə qadağa QOYULUR
- Tovuzda məktəbdə 10-dan çox şagird tüstüdən ZƏHƏRLƏNDİ – YENİLƏNİB
- Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin EDİLDİ
“Qaz təchizatı dayandırılan müddətdə paytaxtın Sabunçu rayonu üzrə Pirşağı qəsəbəsinin, Ləhiş bağlarının və 2-ci Sovxoz ərazisinin, Şəki şəhərinin və rayonun İnçə, Qoxmuq, Oxud kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – məlumatda vurğulanıb.