Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Viral.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Son Yazılar:
- Ərdoğan ABŞ-yə GEDƏCƏK
- Aeroport şosesində yol qəzası sıxlığa səbəb OLDU
- Lənkəranda toyda vəziyyəti pisləşən 49 yaşlı kişi xəstəxanada vəfat ETDİ
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
“Report”un məlumatına görə, yanğın “Neolit” restoranında baş verib və obyektin anbarını əhatə edir. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
***
FHN-in yaydığı növbəti məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində şadlıq evinin anbar hissəsində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının söndrülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.