“Xiaomi” korporasiyasının ilk avtomobili qəzaya uğrayıb.
Bu barədə Viral.az lenta.ru-ya istinadən xəbər verir.
Satışına mart ayında başlanan “SU7” avtomobili Çində qəzaya uğrayıb. Bildirilir ki, avtomobil dayanacaqdan çıxarkən idarəetməni itirib, qəfil sürətlənib, bir neçə avtomobilə çırpılıb və dörd piyadanı vurub. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yerli media daha sonra dördüncü qurbanın öldüyünü bildirib.
Son Yazılar:
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir: Bakıya GƏTİRİLDİ
- Ata öldü, qızı və nəvələri YARALANDI
- Azərbaycanlı müğənni toy günü 6 saat liftdə qaldı
“Xiaomi SU7” avtopilot funksiyalarına malikdir, lakin hadisə zamanı avtomobili kimin idarə etdiyi məlum deyil. Qəzanın səbəbi də məlum deyil.
(redaktor.az)