Ermənistanın polis rəisi keşiş Baqrata xəbərdarlıq etdi: “Onlar it kimi dayanırlar”

İrəvanda polis əməkdaşları səhər saatlarından itaətsizlik aksiyası keçirən vətəndaşları saxlayır.

Viral.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin son məlumatına görə, aksiyanın 196 iştirakçısı polisə gətirilib.
 

Son Yazılar:

Ermənistanın polis rəisi Aram Hovhannisyan jurnalistlərlə söhbətində etiraz aksiyalarına rəhbərlik edən keşiş Baqrat Srbazanı sakitliyə və normal davranmağa çağırıb.
 

“Ona özünü normal aparmağa nəsihət edin, xalqı isə normal davranmağa çağırın”, – deyə polis rəisi jurnalistələrə məsləhət görüb.

O, əlavə edib ki, polis qanun çərçivəsində fəaliyyət göstərir və heç kimi lazımsız yerə saxlamır.

“Biz səkidə dayanan heç bir vətəndaşı lüzumsuz saxlamırıq. Kameralardan görünür ki, onlar yolu kəsirlər, qaçırlar, it kimi dayanırlar”.