-->

AFFA iki klubu cəzalandırdı

1717786317 2783ebe8 ec0a 4e65 8e18 9c683bbc0d1b 850

AFFA İntizam-komitəsi Azərbaycan II Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən “Hypers” – “Şəfa” matçında baş verən hadisələrə görə hər iki klubun cəzalarını açıqlayıb.

 

Viral.az xəbər verir ki, oyununun 90+4-cü dəqiqəsində “Hypers” komandasının heyətində Sirac Məmmədli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün dörd oyun cəzalandırılıb.

Son Yazılar:

 

“Şəfa” komandasının üzvü Nicat Abbasov da eyni hərəkətə görə cəzaya məruz qalıb. O, qarşılaşmanın 90+5-ci dəqiqəsində birbaşa qırmızı vərəqə aldığı üçün dörd oyun diskvalifikasiya edilib, komandası 300 manat cərimə olunub.