Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə yenilənmiş məhkəmə istintaqı başa çatıb.
Viral.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror yenidən ittiham nitqi ilə çıxış edib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Prokuror əvvəlki tələbində qaldığını – A.Məmmədovun verilmiş ittihamlarla təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı çıxışında eks icra başçısının üzərinə həbs qoyulmuş “Azfarel” MMC istisna olmaqla digər əmlaklarının dövlət nəfinə müsadirəsini təklif edib.
Vəkillər müdafiə çıxışında Alimpaşa Məmmədova bəzi maddələr üzrə bəraət, bəziləri ilə isə yüngül cəza verilməsini xahiş ediblər.
Məhkəmə Alimpaşa Məmmədova son sözə hazırlaşması üçün bir həftə vaxt verib.
Qeyd edək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Onun ümumikdə bazar dəyəru 10 milyondan çox olan-“Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat); “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat) və Bakı şəhərində yerləşən iki mənzili (bazar dəyəri 676 min manat) üzərinə həbs qoyulub. A.Məmmədov məhkəmədə özünü təqsirli bildiyini deyib