“Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar SOCAR-ın “Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib”.
Bu barədə Viral.az-a SOCAR-dan məlumat verilib.
“Təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.
Son Yazılar:
- Buzovnada ticarət mərkəzi YANDI
- BDU-da Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyi qeyd olundu
- Putinlə ABŞ nümayəndəsinin görüşü məhsuldar keçdi
Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, dənizdə yerləşən bir sıra istehsalat sahələrindən təxliyələr həyata keçirilib, mövcud vəziyyət nəzarətdə saxlanılır”, – məlumatda bildirilib.