Dövlət büdcəsinə yeni xərc maddəsi əlavə edilir.
Viral.az APA-ya istinadla xəbər verir ki, Milli Məclisin plenar iclasına üçüncü oxunuşda təqdim edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə səhiyyə istiqaməti üzrə “diaqnostika, profilaktika və qan xidməti ilə bağlı fəaliyyət” maddəsi əlavə edilib.
Bu maddə üzrə dövlət büdcəsindən 5 milyon 496 min manat ayrılacaq.