Ermənistan Parlamentinin deputatı, hakim “Vətəndaş müqaviləsi” partiyasının keçmiş üzvü Ovik Aqazaryan dövlət sirrini yaymaqda ittiham edilir.
Viral.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, ölkənin Antikorrupsiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, onun barəsində sonuncu ittiham da daxil olmaqla, üç ayrı epizod üzrə qaldırılan cinayət işlərinin istintaqı davam etdirilir. O.Aqazaryan xırdabuynuzlu heyvanların qanunsuz olaraq BƏƏ-yə ixracı, habelə oğluna məxsus avtomobillərin müsadirəsinə qanunsuz müdaxilə etməkdə təqsirləndirilir.
Son Yazılar:
- Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul EDƏCƏK
- “Top Qapı”nın sahibi barəsində tədbir GÖRÜLDÜ
- Gənc Qazilər Birliyinin sədri həbs edildi
Bununla belə, onun məhz hansı dövlət sirrini yaydığı açıqlanmayıb.
Qeyd edək ki, O.Aqazaryan dekabrın 5-də hakim partiyanın sıralarından xaric edilib.