Ombudsman Naxçıvan Əlillərin Bərpa Mərkəzində yoxlama aparıb

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva tərəfindən Naxçıvan Əlillərin Bərpa Mərkəzi publik hüquqi şəxsində monitorinq həyata keçirilib.

 

Viral.az xəbər verir ki, monitorinq zamanı Ombudsman tərəfindən Mərkəzdə müalicə alan şəxslərin saxlanma şəraiti ilə bağlı müəssisənin palata və şöbələrinə, yeməkxanasına, mətbəxinə və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi və tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqların təmin olunması vəziyyəti öyrənilib.

Son Yazılar:

 

Xüsusi qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi və rəftar məsələlərinin araşdırılması məqsədilə Ombudsman tərəfindən müəssisədə müalicə alan şəxslərlə fərdi və konfidensial qaydada söhbətlər aparılıb.

 

Monitorinq zamanı müalicə alan şəxslərin hüquq və mənafelərinin müdafiəsi, həyat keyfiyyətinin yüksəldilməsi sahəsində müəssisənin işinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.