Sel suları Zaqatalanın Yuxarı Tala kəndində təsərrüfatlara ziyan vurub.
Viral.az-ın məlumatına görə, dünən axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisinə yağan yağışdan sonra kənd ərazisindən keçən çay məcrasından çıxaraq həyətlərə dolub, təsərrüfatlara və həyətyanı sahələrə ziyan vurub.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Sel suları kənd sakini Mövləddin Qurbanəliyevə məxsus 20-dən artıq arı ailəsini aparıb, arıçılıq məhsullarını məhv edib.
Nəticədə arıçıya 20 min manata yaxın ziyan dəyib.