Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə 110 kV-luq 6,7-ci Xırdalan hava xəttində həyata keçirilən təmir işləri ilə əlaqədar dekabrın 20-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Viral.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 01:00-dan saat 05:00-dək 110/35/10 kV-luq “Qobu” yarımstansiyasından qidalanan Qobu və Hökməli qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Son Yazılar:
- Moskva vilayətinə PUA hücumu – ölən və yaralananlar VAR
- Dumanlı hava nə vaxtadək davam EDƏCƏK?
- Yük avtomobili ilə qadını vurub ÖLDÜRDÜ
“Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”,-deyə məlumatda qeyd edilib.