Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Plenar iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre ilə görüşüb.
Viral.az xəbər verir ki, görüşdə TÜRKPA plenar iclasın yüksək səviyyədə təşkil olmasından məmnunluq ifadə edilib. Söhbət zamanı Prezident İlham Əliyevin iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən, səsləndirdiyi çox mühüm fikirlərə diqqət çəkilərək, Azərbaycan dövlət başçısının rəhbərliyi ilə Türk dünyasının gücləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişafı istiqamətində aparılan işlərin önəmi qeyd edilib.
Son Yazılar:
Görüşdə 2023-cü ilin oktyabrında Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü məmnunluqla xatırlanıb.
Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre bu ilin aprelində Milli Məclisdə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasına görə təşəkkürünü ifadə edərək, Azərbaycanın bu addımının Şimali Kipr Türk Cümhuriyyətində yüksək minnətdarlıqla qarşılandığını bildirib.
Görüşdə həmçinin, dostluq qrupları və deputatlar arasında təmasların artırılması, qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan- Şimali Kipr Parlamentlər arası İşçi Qrupun rəhbəri, millət vəkili Cavanşir Feyziyev və Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa iştirak ediblər.