Ərdoğanın Suriyaya gedəcəyi vaxt AÇIQLANDI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın 15 gün ərzində Suriyaya səfər edəcəyi gözlənilir.

Viral.az xəbər verir ki, “Türkiye gazetesi”nin müxbiri Yılmaz Bilgenin xəbərinə görə, Dəməşq mənbələri Ərdoğanın bu səfərə hazırlaşdığını bildirib.

Bu səfərin Türkiyənin Suriya siyasəti və regional əməkdaşlıq baxımından yeni dövrün başlanğıcı ola biləcəyi şərh edilir.

Son Yazılar:

Son zamanlar Türkiyə-Suriya münasibətlərində mühüm addımlar atılıb. Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın da bir neçə gün öncə Suriya paytaxtı Dəməşqə səfər edib.