Naxçıvan MEDİA könüllüləri ilə görüş keçirildi

“Media Savadlılığı” Həftəsi çərçivəsində Medianın İnkişafı Agentliyində Naxçıvan MEDİA könüllüləri ilə görüş keçirilib.

Görüş zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli həftə ərzində gənclərin media savadlılığı kampaniyalarının təşviqində fəal iştiraklarını yüksək qiymətləndirib. O, media savadlılığının cəmiyyətin hər bir üzvü üçün vacib olduğunu, gənclərin bu sahədəki bilik və bacarıqlarının artmasının onların peşəkar inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.

MEDİA könüllüləri isə sözügedən həftə ərzində iştirakın onlara yeni təcrübələr qazandırdığını, bu sahədəki mövcud trendləri və çağırışları daha aydın şəkildə anlamağa şərait yaratdığını qeyd ediblər.

Son Yazılar:

Sonda Naxçıvan MEDİA könüllüləri “Media Savadlılığı” Həftəsində fəal iştiraka görə təltif ediliblər.