Bakıda evdən çürümüş meyit tapılıb.
Viral.az lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonu Qara Qarayev prospektindəki mənzillərdən birində qeydə alınıb.
71 yaşlı Təranə Qəmbər qızı Hüseynovanın meyiti yaşadığı evdən tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmasa da, çürümə əlamətləri olub.
Son Yazılar:
- Rusiya Paşinyanın partiyasının keçmiş üzvünü Ermənistana ekstradisiya EDİR
- Təşkilatın əhatə dairəsi getdikcə genişlənir
- Daha bir güləşçimiz Avropa çempionatında medal QAZANDI
Məlumata görə, qadının ölümündən bir neçə gün heç kəsin xəbəri olmayıb. Yalnız qonşular evdən qoxu gəldiyini hiss etdikdən sonra onun öldüyü məlum olub.
Mərhumun hansı səbəbdən ölməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.