Goranboyda dəm qazından zəhərlənərək ölən qadınlarla bağlı bəzi məqamlar məlum olub.
Viral.az APA-ya istinadla xəbər verir ki, dəm qazından boğularaq ölən qadınlar əmi qızları olublar. Hadisə ötən gecə Xocalı rayon sakini 1972-ci il təvəllüdlü Xumar Səlimovanın Goranboyun Ağcakənd qəsəbəsində yaşadığı evdə baş verib. 52 yaşlı Xumar Səlimova hadisə baş verən mənzildə tək yaşayırmış. 1979-cu il təvəllüdlü əmisi qızı Sevil Səlimova ötən gün onun evinə qonaq gəlib. Onlar evdə dəm qazından boğularaq ölüblər.
52 yaşlı Xumar Səlimovanın Xocalı faciəsi zamanı atası və 3 qardaşı şəhid olub. Qardaşı Araz Səlimov Azərbaycanın Milli Qəhrəmanıdır.
Son Yazılar:
- Prezident Şahbaz Şərifə təşəkkür məktubu GÖNDƏRDİ
- Namiqin yeni görünüşü – Foto
- “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edildi – SƏRƏNCAM
Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.