Türkiyənin “Fənərbağça” klubu Superliqanın XVII turunda xal itkisi ilə üzləşib.
Viral.az xəbər verir ki, səfərdə “Eyüpspor”un qonağı olan İstanbul təmsilçisi 1:1 hesablı heç-heçəyə razılaşıb.
Qarşılaşmada hesab 26-cı dəqiqədə açılıb. Ahmet Kutucu fərqlənib. “Sarı-lacıvərdlilər”i məğlubiyyətdən xilas edən qolu isə Yussef En-Neseri 45+4-cü dəqiqədə rəqib qapısından keçirib.
Son Yazılar:
- Yaddaşın yaxşılaşdırılmasının sirri: bir məşq bəs edir
- Qışda başımız niyə çox ağrıyır?
- Renat Dadaşovun çıxış etdiyi “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırdı
36 xalı olan “Fənərbağça” 41 xala malik lider “Qalatasaray”ın ardından ikinci sırada qərarlaşıb. İlk “üçlüy”ü isə 29 xalla “Samsunspor” qapayır.
Qeyd edək ki, “Qalatasaray” dekabrdın 22-də XVII tur çərçivəsində “Kayserispor”un qonağı olacaq.