Naxçıvan şəhərində, Culfa, Şərur və Babək rayonlarında avtomobil yolları əsaslı təmir olunacaq.
Viral.az xəbər verir ki, əsaslı təmir işləri sözügedən şəhər və rayonların bəzi qəsəbə və kəndlərinin daxili avtomobil yollarında aparılacaq.
Məlumata görə, artıq bununla bağlı “Naxçıvan Yol Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) hazırlıqlara başlayıb.
Son Yazılar:
- Bələdiyyə seçkilərində namizədliyi qeydə alınanların sayı açıqlandı
- “Qalatasaray”ın ulduzu İtaliya nəhənginin hədəfində
- Seçkidə bəzi siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydə alındı
Qurum sözügedən işlərin icrasının 25.787.787,00 AZN-ə (25 milyon 787 min 787 manat) başa gələcəyini proqnozlaşdırıb.
“Naxçıvan Yol Təchizat” MMC bu ilin iyulunda dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədli Abduləli Saleh oğludur.