Türkiyədə azərbaycanlı qız cərrahi əməliyyatdan sonra vəfat edib.
Viral.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Məleykə Qoşqar qızı Abışova iki gün əvvəl onurğa əyriliyindən əməliyyat olunub. Cərrahi müdaxilədən sonra onun səhhəti kəskin pisləşib və ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, həyatını itirən yeniyetmə Azərbaycan ordusunun zabiti, “Azərbaycan bayrağı” ordenli polkovnik-leytenant Qoşqar Abışovun qızıdır.
Son Yazılar:
- “Milan”ın yeni baş məşqçisi bəlli oldu
- Daha bir təyyarə qəzası – Bu dəfə Avropada
- Rusiya-Ukrayna arasında əsir mübadiləsi
Mərhumun nəşi ötən gecə Azərbaycana gətirilib və bu gün Biləsuvarda dəfn edilib (Qafqazinfo).