Bu gecə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
Viral.az xəbər verir ki, “Mercedes” markalı avtomobilin sürücüsü Orxan Rəhimlinin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.
Nəticədə sərnişinlər -2000-ci il təvəllüdlü Səfər Rəşidov hadisə yerində və həmyaşıdı Şükür Şükürlü isə xəstəxanada ölüb.
Son Yazılar:
- Şirvan sakini tapdığı avtomatı polisə təhvil verdi
- “Mançester Siti”dən Yamal üçün 275 milyonluq təklif
- Husilər Təl-Əviv yaxınlığındakı iki hərbi obyektə zərbələr endirdi
Sürücü və daha bir sərnişin isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.