Ermənistanda kütləvi zəhərlənmə OLDU

Ermənistanın Vanadzor şəhərində kütləvi zəhərlənmə olub.

Bu barədə Viral.az yerli mediaya istinadən xəbər verir.

Məlumata görə, 10 nəfər zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Son Yazılar:

Araşdırmalar nəticəsində zərərçəkənlərin Vanadzor mərkəzi bazarının ərazisindəki fərdi sahibkar Rudik Alaverdyana məxsus iaşə məntəqəsində qidadan zəhərləndikləri məlum olub. Ərzaq məhsullarından nümunələr götürülüb, laboratoriya müayinəsi aparılıb. Yoxlama zamanı obyektin təsdiq edilmiş sanitariya və gigiyena normalarının pozulması ilə işlədiyi də məlum olub.

Obyektin fəaliyyəti dayandırılıb.

Qeyd edilir ki, laboratoriya analizinin nəticələri barədə əlavə məlumat veriləcək.

Araşdırma aparılır.