Rusiya vətəndaşı İranda ÖLDÜRÜLDÜ

İranın şimalındakı Gilan əyalətindəki Astara şəhəri yaxınlığında Rusiya Federasiyasının Dağıstan Respublikasının yük maşını sürücüsü işləyən vətəndaşının üzərində güllə yarası olan meyiti aşkarlanıb.

Bu barədə Viral.az-a Rusiya mətbuatına istinadən xəbər verir.

“Bu il dekabrın 16-da Astara şəhəri yaxınlığındakı parkda Dağıstandan olan Rusiya vətəndaşının güllə yarası ilə meyiti aşkarlanıb. O, yük maşını sürücüsü idi. Hazırda İranın hüquq-mühafizə orqanları Rusiyanın Rəştdəki Baş Konsulluğunun və həmin ölkənin İrandakı Səfirliyinin sıx nəzarəti altında araşdırma aparır”, – Rusiya səfirliyinin mətbuat xidmətindən bildirilib.

Son Yazılar:

Rusiyanın İranın paytaxtındakı diplomatik nümayəndəliyi ölən şəxsin ailəsinə və yaxınlarına başsağlığı verib. Nümayəndəlik vurğulayıb ki, Rusiya tərəfi iranlı həmkarlarını təcili və hərtərəfli araşdırmaya, təqsirkarların cəzalandırılmasına çağırıb.