Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təşkil olunan elmi-bədii tədbiri sabahımız üçün ən etibarlı mənəvi qaynaq da hesab etmək olar. Beləki, zaman-zaman fakültədə yaşanan və ildən-ilə daşınan mənəvi dəyərləri düşündük ki, şair demiş, “…qoruyub, nəsillərə biz də hədiyyə verək”. Bu mənada tədbirin tən mərkəzində Vətən, Universitet və tələbə sevgisini qəlbində daşıyan Ustad müəllimimiz Cahangir Məmmədli dayandı. Tələbələr şama aşiq pərvanə təki dövrəni tamamladılar. Tədbirin maraqlı hissəsi Ataməli Əliyevin rus, Məryəm Abdullazadənin isə ingilis dilində çıxışları oldu. Südabə Məmmədova sözünü saz üstə köklədi. Röyal Əmrahov özünün yazdığı qəzəli müəlliminə elə xitabət kürsüsündən ərməğan elədi. Nurlan Cəbrayılzadənin nitqi müəlliminin yaradıcılığına saf sevginin təzahürünə çevrildi.
Deyirlər şairlər öz dövrünün sərvətini gələcəyə durna qatarı ilə çatdırar. Məsələn, Qasım bəy Zakir, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Süleyman Rüstəm, Məmməd Rahim və s. Alimlər də bu missiyanı elm “qatarı” ilə görərlər. Bu qatarın hissələrini də məhz kitablar, məqalələr və s. təşkil edir. Belə əsərlərdən biri də Ustad müəllimimizin “Müasir Jurnalistika” kitabı elə dərs müddətindəcə tələbə Məryəm Abdullazadənin diqqətini çəkir. Ustad biliyinin davamını tələbə biləyi layiqincə davam etdirir. Kitaba qarşı sevgi “Milli mətbuat tarixinə” qədər uzanır. Üzeyir bəyin, sonra Şirməmməd Hüseynovun ruhu yad və şad edilir. Davamı olaraq bugünkü xələfləri – Abid Tahirli, Nəsiman Yaqublu, Qərənfil Dünyaminqızı, Aygün Əzimova və təbii ki, Ustad Cahangir Məmmədli yaradıcılığına işıq salır. Tədbir əsnasında “Bütöv Azərbaycan” qəzetində dərc olunan 2 səhifəlik məqalə də nümayiş olundu. Buna görə də qəzet redaksiyasına və Tamxil müəllim Ziyəddinoğluna təşəkkürümüzü yetirdik.
Tədbirə təşrif buyuranlar arasında Sosial elmlər və Psixologiya, Tarix və digər fakültə tələbələri də var idi. Tarix fakültəsinin Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika kafedrasının nəzdində fəaliyyət göstərən “Gənc tarixçilər dərnəyi”nin rəhbəri Tural Qaffarovun Şuşaya həsr etdiyi çıxışı olduqca təsirli alındı. Qeyd etdi ki, Cahangir Məmmədlinin Şuşa xatirələrinə, o yurda bağlılığına görə məhz AMEA-da səsləndirdiyi tezisdən bir parçaya toxunub, vaxtilə “The Charlotte News” qəzetində Qarabağa həsr olunan tarixi həqiqətləri tarixçi kimi jurnalistlər önündə söylədi. Həmçinin maraqlı və həqiqət yüklü məsələni də qeyd etdi: “Anar müəllim İsgəndərovun yaradıcılığı müstəqil Azərbaycan tarixinin bu dövrünə iṣıq salır. Anar müəllim müstəqil Azərbaycan tarixçiliyində xidmətləri nə qədər böyükdürsə, buna paralel olaraq Cahangir Məmmədlinin də publisistikası Azərbaycan jurnalistikası üçün bir o qədər böyükdür. Hər iki ziyalının fəaliyyəti müstəqil Azərbaycan Respublikasının dirçəliṣinə xidmət edir. İstərdim ki, “Gənc tarixçilər dərnəyi” kimi Milli Mətbuat tarixi kafedrasının nəzdində də “Gənc jurnalistlər dərnəyi” yaradılsın”. Digər tarixçi dostlarımız Fuad Xəlilə, Eynulla Eynullayeva və tədbirdən xəbər tutan kimi bütün iş-gücünü kənara qoyaraq təklifimizi yerə salmayan Tehran Yusifliyə, Bənövşə Bağırovaya, səs tembri və üslubu özünəməxsus tədbir aparıcımız Sevinc Bağırovaya və timsalında bütün əziz tələbə dostlarımıza təşəkkür edirik. Təbii ki, bir də fakültəmin bütün doğma və əziz müəllimlərinə…
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Əsgər İsmayılov