Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinin qalibi olub.
Viral.az xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı qızıl medal görüşündə moldovalı Viktor Kiobanu ilə qarşılaşıb.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Rəqibinə tam üstünlüklə (10:0) qalib gələn idmançımız reytinq turnirinin qalibi olub.
Beka Kandelaki (130 kiloqram) isə ilk qarşılaşmada məğlubiyyətə üzülüb.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın sərbəst güləşçilərindən Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, Hacı Əliyev (65 kiloqram) isə bürünc medal qazanıb. Milli komanda iyunun 9-dək davam edəcək reytinq turnirində 14 güləşçi ilə təmsil olunur.