Qanunsuz mərc oyunları oynadığı və insanları buna təşviq etdiyi iddiası ilə üzləşən türkiyəli müğənni Serdar Ortaç hakim qarşısına çıxacaq.
Viral.az xəbər verir ki, 3 ilə qədər həbs cəzası tələb edilən Ortaç hakim qarşısına çıxmaq üçün Çağlayan Ədliyyəsinə gedib.
Ortaçın işində şahid qismində dinləniləcək Mehmet Ali Erbil də məhkəmə zalının qarşısında olub.
Son Yazılar:
- Niyə sol tərəf üstə yatmaq daha təhlükəsizdir? – CAVAB
- Damaqda ağ yara: Evdə necə təmizləmək olar?
- 2025-ci ilin ən uğurlu günləri – Toy və vacib işlərinizi bu tarixlərə sala bilərsiniz
Qeyd edək ki, Ortaça qarşı qeyri-qanuni mərc oyunlarının reklamı və insanları təşviq etdiyi iddiası ilə 1 ildən 3 ilə qədər həbs cəzası tələbi ilə ittiham aktı hazırlanıb.
Bu gün İstanbul 25-ci Ağır Cəza Məhkəməsində mühakimə olunacaq müğənni barəsində məhkəmə nəzarəti tədbirinin davam etdirilməsinə qərar verilib.