Dələduzluqda ittiham olunan İlahə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Viral.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs yeddi il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Son Yazılar:
- Niyə sol tərəf üstə yatmaq daha təhlükəsizdir? – CAVAB
- Damaqda ağ yara: Evdə necə təmizləmək olar?
- 2025-ci ilin ən uğurlu günləri – Toy və vacib işlərinizi bu tarixlərə sala bilərsiniz
Qeyd edək ki, İlahə Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.
O, bir neçə vətəndaşa pensiya düzəltmək adı ilə vəd verərək onlardan külli miqdarda pul, qızıl -zinət əşyaları almaqla dələduzluqda ittiham olunur. Ümumilikdə ziyan 400 min manata yaxındır.