Təyyarədəkilərin yarısı qəzadan sağ çıxıb – RƏSMİ

Təyyarə qəzasında hazırkı məlumata görə 32 nəfər sağdır, onların müalicəsi aparılır.

Viral.az xəbər verir ki, bunu keçirilən brifinqdə Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib.

O bildirib ki, hazırda Qazaxıstanın Prokurorluq orqanları ilə qarşılıqlı cinayət işinin istintaqı prosesi davam etdirilir:

Son Yazılar:

“Cinayət işinin istintaqı ilə bağlı bütün versiyalarla bağlı işlər aparılır. İstintaqla bağlı hər hansı bir nəticə deyə bilmirik. Bütün versiyalarla bağlı işlər aparılır, müvafiq ekspertizalar həyata keçirilir. Azərbaycan Baş Prokurorunun müavinin rəhbərliyi istintaq qrupu Qazaxıstana ezam olunub, orada iş başındadır”.

***
Aktauda təyyarə qəzasından sağ çıxan 29 nəfər xəstəxanaya aparılıb.

Viral.az  xəbər verir ki, bu barədə Qazaxıstan FHN-in Operativ Qərargahı məlumat yayıb

***

Aktauda baş verən təyyarə qəzasından sonra sağ qalan 27 nəfər xəstəxanaya aparılıb.

Viral.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən “RİA Novosti”yə bildirilib.

***

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatına görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.

“Kazinform”un məlumatına görə, AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğradığı yerdən 12 nəfər müxtəlif xəsarətlərlə Manqistau vilayət xəstəxanasına çatdırılıb.

***
AZAL-ın Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsində olanlardan 6 nəfəri sağdır.

Viral.az xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, təyyarədə olan 72 nəfərdən 6-sı sağ qalıb. Onlar xəstəxanaya çatdırılıb.

Vəziyyətlərinin ağır olduğu bildirilir.

Qeyd edək ki, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.

Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib.

Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

11:35

***

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Viral.az xəbər verir ki, “Kazinform”a istinadən verdiyi məlumata görə, hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, sağ qalanlar var.

Bildirilib ki, Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.