Şəkər və maya çörəyi sümüklərin möhkəmlənməsinə mane olur.
Viral.az xəbər verir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin Vidnovski adına Klinik Xəstəxanasının travmatoloq-ortopedi Rüstəm Əfəndiyev deyib.
Mütəxəssis şəkəri qurudulmuş meyvə və ya balla əvəz etməyi, maya bişirməyə alternativ olaraq turş xəmirdən hazırlanan çovdar çörəyini təklif edib.
Son Yazılar:
- “Nəslimizin belini qırırsan” – Əməkdar artist
- Rasim Balayevin səhhəti necədir?
- MİQ-ə sənəd verənlərin yaş aralığı – SİYAHI
Həkimin sözlərinə görə, o, sümüklərə və qan damarlarına faydalıdır, həmçinin ürəyin fəaliyyətini yaxşılaşdırır.
Əfəndiyev xatırladıb ki, yulaf əzməsi, qarabaşaq yarması və qarğıdalıda olan fitik turşusu mineralların sorulmasına mane olur. O, kofeinin sümük toxumasına zəhərli təsir göstərdiyini qeyd edib.
Həkim həmçinin, həddindən artıq qəhvə istehlakının bağırsaq mikroflorasına mənfi təsir etdiyini və mineralların udulmasına mane olduğunu söyləyib. // report