Kiyev Qərb ölkələri ilə əlavə hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı razılıq əldə edib.
Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
“Ukrayna üçün əlavə hava hücumundan müdafiə sistemləri ilə bağlı tərəfdaşlarla artıq razılaşmalar var və bu həllərin bəziləri daha tez işləyəcək, bəziləri isə payıza yaxın reallaşacaq”, – deyə o qeyd edib.
“Bloomberg” mənbələrə istinadən xəbər verib ki, Almaniya Ukraynaya dördüncü “Patriot” hava hücumundan müdafiə sistemi göndərmək imkanını nəzərdən keçirir.
İtaliya isə çox güman ki, hazırda Küveytdə yerləşən Ukraynaya ikinci “SAMP/T” hava hücumundan müdafiə sistemini göndərəcək.