Qətər və Misir Fələstinin radikal HƏMAS hərəkatının liderlərini Qəzza zolağında atəşkəs təklifi ilə razılaşmasalar, aktivlərini donduracaqları və Dohadan qovacaqları ilə hədələyiblər.
Viral.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, vasitəçilər bu təhdidi HƏMAS-ı razılaşmaya razı salmaq üçün yol axtaran ABŞ Prezidenti Cozef Baydenin administrasiyasının göstərişi ilə ediblər.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Nəşr qeyd edib ki, Baydenə müharibə ətrafında gedən siyasi burulğan kontekstində sövdələşmə lazımdır.
“Bu cür təhdidlər arzu olunan effektin əksini verir. Fələstin hərəkatı onların şərtlərinə uyğun gəlməyən sövdələşmə ilə razılaşmayacağını bildirib”, – deyə məqalədə vurğulanıb.
Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden İsrail və HƏMAS arasında mümkün razılaşmanın detallarını açıqlayıb.