Çin və Pakistan Silahlı Qüvvələri arasında hərbi əməkdaşlığın səviyyəsi daim artıracaq və regionda strateji tarazlıq birgə təmin ediləcək.
Viral.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərifin Çinə səfərinin yekunları üzrə verilən birgə bəyanatda deyilir.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Qeyd olunub ki, tərəflər hərbçilər arasında yüksək səviyyədə səfər mübadiləsini davam etdirmək, birgə təlimlərin və hərbi-texniki sahədə mövcud əməkdaşlığı daha da inkişaf etdirilməsi barədə razılığa gəliblər.
Vurğulanıb ki, ÇXR və Pakistanın hakimiyyət orqanları iki dövlətin orduları arasında uzun müddət saxlanılan əlaqələrin etibarlı xarakterindən razıdırlar. Belə ki, müdafiə və təhlükəsizlik sahəsində Çin-Pakistan strateji əməkdaşlığının gücləndirilməsi sülh və sabitliyin qorunmasında, eləcə də regionda strateji tarazlığın təmin edilməsində əvəzsiz və mühüm rol oynayır.