Bu ilin iyul ayında Moskvada “Match TV”-nin jurnalistinə hücum edərək onu zorlayan özbəklərə hökm oxunub.
Viral.az podrobno.uz saytına istinadla xəbər verir ki, bu barədə Moskva prokurorluğu məlumat yayıb.
Məhkəmə təqsirləndirilən şəxslərdən ikisini ümumi rejimli koloniyada 9 il, üçüncünü isə 4 il müddətinə azadlıqdan məhrum edib. Sonuncu zorlamada iştirak etməyib, sadəcə, baş verənləri kənardan seyr edib. Prokuror təqsirləndirilən şəxslərin hər birinə 9,5 il həbs istəmişdi.
Son Yazılar:
- Rusiya Paşinyanın partiyasının keçmiş üzvünü Ermənistana ekstradisiya EDİR
- Təşkilatın əhatə dairəsi getdikcə genişlənir
- Daha bir güləşçimiz Avropa çempionatında medal QAZANDI
Xatırladaq ki, hadisə 2024-cü ilin iyul ayının əvvəlində baş verib. Evə qayıdan qızı təqib edən miqrantlar daha sonra ona hücum ediblər. Məlum olub ki, kişilər sərxoş olublar.