Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir

Bolqarıstanda 50-ci Xalq Məclisinə (birpalatalı parlament) növbədənkənar seçkilər və Avropa Parlamentinə seçkilər başlayıb.

 

Viral.az xəbər verir ki, yerli vaxtla saat 07:00-da ölkədə 13 minə yaxın seçki məntəqəsi açılıb, 60 xarici ölkədə isə 769 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Son Yazılar:

 

Seçkilərə 20 partiya və 11 koalisiya qatılıb. Parlamentdə 240 deputat mandatı uğrunda 6100 namizəd, Avropa Parlamentində 17 mandatı uğrunda isə 418 namizəd mübarizə aparır.

 

Səsvermənin ilk qeyri-rəsmi nəticələri saat 20:00-da seçki məntəqələri bağlanan zaman məlum olacaq.