-->

"Mançester Siti" qələbəyə həsrət qalıb

photo 265091

Futbol üzrə İngiltərə Premyer Liqasında “Mançester Siti” yenə qələbə qazana bilməyib.

Viral.az xəbər verir ki, “şəhərlilər” XVIII turun açılış oyununda doğma meydanda “Everton”la heç-heçəyə razılaşıb – 1:1.

Matçda hesabı ev sahibləri açıb. 14-cü dəqiqədə Bernardu Silva fərqlənib. Qonaqları məğlubiyyətdən xilas edən qola isə 36-cı dəqiqədə Lliman Ndiaye imza atıb. Xosep Qvardiolanın rəhbərlik etdiyi kollektiv 53-cü dəqiqədə real qol fürsətini əldən verib. Erlinq Holann penalti zərbəsindən yararlana bilməyib.

Son Yazılar:

Qeyd edək ki, “Mançester Siti” turnir cədvəlində 28 xalla 6-cı sırada qərarlaşıb. “Everton” isə 17 xalla 15-cidir.